Tez-tez soruşulan suallar

Layihə haqqında

Bu layihə məktəb kitabxanasındakı kitabları sizə daha əlçatan etmək və oxucu marağını artırmaq üçün yaradılıb. Siz Kitabxanano2 hesab yaradaraq istədiyiniz kitabı onlayn rezervasiya edə, vaxtınıza isə qənaət edə bilərsiz.

“Kitablar” bölməsi

Kitabxanadakı bütün kitablar öz məlumat və şəkilləri ilə birlikdə “Kitablar” bölməsinə yerləşdirilmiş “Ətraflı bax” seçiminə klik edib, kitab haqqında geniş məlumat əldə edə və həmin kitabı rezervasiya edə bilərsiniz.

“Kitab Müzakirə” bölməsi

“Kitab müzakirə” bölməsində tez-tez yeni elanlar yerləşdirilir. Bu bölmədə aktiv elanın üzərinə klik edərək müzakirə məkanı və vaxtı haqqında məlumat ala bilərsiz.

QR Kod nədir?

QR Kod sizin kimliyinizi doğrulama üçün istifadə olunur. Kitab rezervasiya etdikdən sonra kitabxanaya yaxınlaşmalı və QR Kodunuzu təqdim etməlisiz. QR Kodu başqa şəxslərlə paylaşmaq olmaz. QR kodu sizdən yalnızca kitabxanaçı tələb edə bilər

Şifrənizi unutmusunuz?

Əgər şifrənizi xatırlamırsınızsa, narahat olmayın. Onu rahatlıqla bərpa edə bilərsiz. Bunun üçün əvvəlcə “Daxil ol” bölməsinə sonra isə “Şifrənizi unutmusunuz” seçiminə klik edin. Açılan pəncərədə e-mailinizi daxil edin Sizin e-mailinizə bərpa linki göndəriləcək hansı ki, siz bu linklə şifrənizi bərpa edə bilərsiz

Hesabım nə zaman aktivləşəcək?

Əgər siz kitab rezervasiya etmisizsə, onu qaytarmamışdan əvvəl başqa kita rezervasiya edə bilmərsiz. Lakin kitabı qaytarmısınızsa və uzun müddətdir hesabınız aktivləşməyibsə, bu e-mail ilə əlaqə saxlayın: kitabxanano2primarycontact@gmail.com

Unikal ID nədir?

Unikal ID, QR Kod kimi sizin identifikasıyanız üçün istifadə olunur. Əgər QR Kodunuzu kitabxanaya aparmaqda çətinlik çəkirsinizsə, Unikal ID-ni kağıza yazaraq kitabxanaçıya təqdim etməlisiniz Unikal ID-nizi heç bir şəxslə paylaşmayın

Hələ də sualınız var?

Suallarınızı kitabxanano2contact@gmail.com ünvanına göndərə bilərsiz. Suallarınız qısa müddət ərzində cavablandırılacaq.