Kitab axtarırsan?

Elə isə doğru yerdəsən. Axtardığın kitabı burada rahatlıqla tapa və rezervasiya edə bilərsən. Elə indi qeydiyyatdan keçərək kitab rezervasiya et

Niyə Kitabxanano2.com

  • Sadə və Rahat istifadəçi interfeysi

    Kitabxanano2.com çox sadə və istifadəçi dostu interfeysə malikdir. Bu sayədə hər bir şəxs bu platformanın imkanlarından yararlana bilər

  • İnnovativ və Sürətli Web Səhifə

    Böyük inkişaf yolu keçən kitabxanano2.com, yenilikçi həllərin tətbiqi sayəsində sürətli yüklənmə və məlumat analiz etmə özəlliklərinə malikdir. Bunun nəticəsində, istifadəçilərin vaxt itkisi minumumda tutulur

  • Təhlükəsiz və Məxfi

    Kitabxanano2.com istifadəçilərin şəxsi məlumatlarının gizliliyinə hörmətlə yanaşır. İstifadəçi məlumatları təhlükəsiz serverlərdə saxlanılır və 3-cü tərəflərə ötürülmür

  • Geniş Kataloq

    Özündə yüzlərlə kitabı birləşdirən kitabxanano2.com, onları sizə daha əlçatan etmək üçün səylə çalışır. Sizdə kitablarınızın bir qismini kitabxanaya bağışlayaraq daha çox insanın kitab oxumasına kömək edə bilərsiz

Rəylər

Məktəb heyətinin rəyləri

Şagirdlərimizin təhsilinə böyük dəstək verəcək bu layihə onların kitab oxuma istəyini artıracaq və proaktiv öyrənmə bacarıqlarını inkişaf etdirəcək

Xədicə Ələkbərova

Düşünürəm ki, şagirdlərimizin yaratdığı bu sayt region üzrə yüksək səviyyəli bir layihədir və bu layihənin əsas məqsədi şagirdlərin məktəb kitabxanasından rahat istifadəsidir

Sədaqət İmamverdiyeva

Bu layihə məktəb kitabxanamızın bütün şagirdlərə daha əlçatan olmasına kömək edəcək və oxucu marağını artıracaq. Layihənin uğurlu olacağına inanıram

Dilşad Orucova

Kitabxananın fəaliyyətinin yaxşılaşdırılması və məktəbin mənəvi həyatının daha da canlandırılmasında bu layihənin çox böyük xidməti olacaqdır. İnformasiya cəmiyyəti şəraitində məktəbimizin kitabxanasının dünya informasiya məkanına daxil olması məktəbimizin uğurudur

Səbinə Soltanova

Mən bir kitabxanaçı kimi, ilk olaraq bu layihəni irəli sürən gəncləri alqışlayıram və dəstəkləyirəm. Bu layihə həm məktəb daxilində, həm də məktəb xaricində çox uğurlar qazanacağına inanıram

Kitabxanaçı

Biz kitabxanaçıların ilkin vəzifəsi müasir dövrün gənclərini oxumağa həvəsləndirməkdir. Buna görə də, gənclərimiz tərəfindən hazırlanan bu layihəni çox sevdim və məktəbimizin təhsilinə böyük dəstək verəcəyini düşünürəm.

Kitabxanaçı

Yaradıcı Komanda

Mən Aziz İmranzade (Pinti.dev). 17 yaşım var və texnologiyanı çox sevirəm. Uşaqlıqdan kompüterlərə marağım olub və hal-hazırda Proqram Tərtibatçısıyam. Sevdiklərimlə vaxt keçirmək mənim üçün ən dəyərli şeydir

Aziz İmranzade

Project Owner & Developer

Mən Leyla Ələkbərzadə və ya Lara. 15 yaşım var. Özüm haqqımda danışsam, sakit təbiətli, intellektual və ünsiyyətcil olduğumu deyə bilərəm. Həyat missiyam, mənə görə xoşbəxt insan həqiqətəndə uğurlu insandır

Leyla Alekberzade

UI Designer & Video Editor

Mən Yusif Əliyev və ya YusifAliyevPro. 15 yaşım var. Rəqəmsal Marketoloq və Qrafik dizaynerəm. Hal-hazırda orta məktəb təhsili alıram. Texnoloji yenilikləri, rəsm əsərlərini və beynəlxalq siyasəti çox sevirəm

Yusif Aliyev

Text Editor & Debugger

Mən Günay Məmmədova DİM əməkdaşı , İTE təşkilatının təlimçi müəllimi ,Riyaziyyat və İnformatika üzrə repititoram Innovativ texnologiyalar və rəqəmsal platformalar daim maraq dairəmdədir

Günay Məmmədova

Technical Support